Sunday, August 16, 2009
Zəngilan rayonu
Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində (Qarabağda) yerləşir. Rayonun inzibati mərkəzi Zəngilan şəhəridir. Rayon şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir. Zəngilanın füsunkar təbiəti var. Rayon ərazisindən böyük əhəmiyyətə malik Oxçuçay keçir. Oxçuçay uzun illər ekoloji təcavüzkarlığa məruz qalmışdır. Sovet dövründə (1920-1991) Ermənistanın tullantılı suları Oxçuçaya axıdılırdı.
Zəngilanın ərazisində "Bəsitçay" qoruğu yerləşir. Zəngilan rayonu təbii çinar meşəliyinə görə Avropada birinci dünyada ikinci yeri tutur. Zəngilan rayonunu Vejnəli kəndi qızıl yatağına görə Azərbaycanda ən zəngin qızıl yatağıdır.
Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal olunub. Lakin BMT və bütün dünya ölkələri Zəngilanı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment